Əsas Səhifə > Əsas xəbərlər > “Nazirliklər biz deputatları da saymır” –
“Nazirliklər biz deputatları da saymır” –19-01-2017, 11:39 |
“Seçicilərdən daxil olan müraciətləri aiddiyyəti dövlət qurumlarına, nazirliklərə göndərsək də, çox az sayda qurumdan cavab alırıq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov deyib. O bunu Milli Məclisə hörmətsizlik kimi qiymətləndirib: “Belə olan halda vətəndaş Milli Məclisdən incik düşür. Çünki onlar cavabı bizdən gözləyirlər, hardan bilsinlər ki, bəzi nazirliklər və dövlət qurumları biz deputatları da saymır”. Deputat Tahir Kərimli də bəzi nazirlikləri və digər dövlət qurumlarını deputatların sorğularına hörmətsiz yanaşmaqda ittiham edib: “Elələri var, köməkçiləri belə bizə cavab vermirlər. Bəs seçicilərin dərdini biz kimdən soruşaq?”
Geri qayıt |