Əsas Səhifə > Əsas xəbərlər > Cahangir Məmmədli tələbələri hədələyən dekan müavinini
Cahangir Məmmədli tələbələri hədələyən dekan müavinini23-01-2017, 19:00 |
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli universitetin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısına münasibət bildirib. C.Məmmədli özəl olaraq modern.az-a deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb: “Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb”. C.Məmmədli bildirib ki, Aytəkin Zeynalovanın tələbi sadəcə sərt alınıb: Abzas.net-in məlumatına görə, o, mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq:
Geri qayıt |