Əsas Səhifə > Əsas xəbərlər > Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə28-01-2017, 11:20 |
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) sürücülərə müraciət edib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. İdarə, sürücülərin nəzərinə çatdırır ki, istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə avtomobillərin şinlərinə bir daha diqqət yetirsinlər, günün axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər. Geri qayıt |