Əsas Səhifə > Əsas xəbərlər > Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir,
Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir,4-03-2017, 09:53 |
Hələ oğu Əlzamin İslamov əsgərlikdə olanda Hürnisə Kərimova müvafiq orqanlara məktub yazaraq bildirir ki, onun yeganə oğlundan başqa övladı yoxdur, və tək oğlunu ön cəbhəyə göndərməsinlər... Tanışı, imkanı olmadığından başqa yola əl ata bilmir. Rəsmi qurumlardan anaya cavab gəlir ki, arxayın olun, məktubunuz nəzərə alınacaq. Aprel döyüşləri başlayanda , tənha qadın şəhid olanlar və yaralananlar üçün göz yaşı töksə də, oğlu üçün narahat olmur. Çünki inanır ki, ona söz veriblər, deyiblər ki, ön cəbhəyə göndərilməyəcək oğlu. Aprelin 6-da isə yeganə oğlu Əlizamin İslamov şəhid olur. O ananın indi hansı gündə olmasını onun halını görənlər bilər. Dörd divar arasında tənha qalıb. İşləmir. Oğlu ilə birlikdə tikməyə başladığı evi yarımçıq qalıb. 8 aydır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin qapılarını döyməkdən, barmaqları qabar olub. Qeydiyyatda olduğu, sakini olduğu Zabrat kənd bələdiyyəsindən də gəlib evinin divarlarını qara sementlə malalayıb, gediblər... Sonra səs-soraq olmayıb. Vaxtilə bu evi tikəndə bir dəfə həyətinə buldozer salıb, tənha və kimsəsiz qadının evini başına uçurublar, sonra yenə də öz haqqını tələb edib, həmin Tramvay küçəsindəki torpağına sahib çıxıb. Hürnisə Kərimovanın evinin hasarı, qapı-pəncərəsi də yoxdur. Lakin bu rayonun səlahiyyətliləri niyə bu qadına belə laqeyddirlər? Bu Allahın da yadından çıxmış Zabratın Tramvay küçəsindəki bərbad yolları yəqin ki, ərazinin deputatı Dilarə Çəbrayılova özünə səs toplayanda bahalı maşınla bir dəfə də olsa gəlib-gedib. O da öz deputat səlahiyyətləri çərçivəsində bir şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Çünki ana deyir ki, deputata da öz dərdini bildirib. Sabunçu rayonunun özünə xaniman quran, bir neçə yerdə obyektləri olan rayon icra başçısı və digər büdcə təşkilatından faydalananları ... 1 həftədə özünüzə xərclədiyinizin yarısını bu qadına yardım etsəydiniz, yarımçıq qalan evinin tikintisini başa çıxarsaydınız, yəqin ki, onun bacısının oğlu Şahrux Mirzəyev sosial şəbəkədən insanlara müraciət etməzdi... Xalası Hürnisənin ah-naləsini evdən çölə çıxarmazdı. Bəlkə də içərinizdə fikirləşəni olacaq ki, oğlu ölüb, qanpulu davası edir... Bəli elə adamlar var ki, onlar övladları şəhid olandan sonra dünya malından əl çəkirlər. Heç şəhidlərə verilən imtiyazlardan istifadə etmirlər. Ancaq əli hər yerdən üzülən, yeganə oğlunu Vətənin azadlıq savaşında itirən ana Konstitusiya və şəhid anası, dövlətimizin ona verdiyi haqqdan və hüquqdan yararlanmaq istəyir. Bu dövlətə güvənmək, arxalanmaq istəyir. Aşağıdakı fikirləri isə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid və aprel döyüşçülərinin anaları və doğmaları ilə olan görüşündə söyləmişdi: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz. Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir”. Geri qayıt |