Əsas Səhifə > Əsas xəbərlər > Qərb Universiteti bu aktual istiqamət üzrə də
Qərb Universiteti bu aktual istiqamət üzrə də7-03-2017, 18:42 |
Qərb Universiteti növbəti tədris ilindən etibarən “Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlayacaq. Hazırda universitetdə ixtisasın tədris proqramının təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin də cəlb olunduğu işçi qrup işləyir, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilir və tətbiqi üçün işlər aparılır. Eyni zamanda, ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan Almaniya şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq. AzerTaym.az Geri qayıt |