Əsas Səhifə > Əsas xəbərlər > Bakı metrosunda faciə -

Bakı metrosunda faciə -


4-04-2017, 14:00

Bakı metrosunda faciə

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

AzerTaym.az” xəbər verir ki, hadisə ilə bağlı Unikal.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. 

Qurum rəsmisi bildirib ki, xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır: “O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qatar platformaya daxil olarkən bədbəxt hadisə baş verib. Qatar xanımı vurub. Həmin an Təcili yardım çağrılaraq onu xəstəxanaya aparıblar”.

 

 


Geri qayıt