Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda tikinti üçün
Azərbaycanda tikinti üçün6-05-2017, 10:20 |
Azərbaycanda tikintiyə icazənin müddəti azaldılır. “Report” xəbərinə görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif edilir. Layihədə tikinti obyektinin layihələndirilməsi üçün zəruri olan ilkin məlumatların əldə edilməsi, gələcək tikintinin uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün ərazinin tikinti planlarının real tətbiqi, texniki şərtlərin verilməsi müddətinin azaldılması və “vahid pəncərə” prinsipi ilə tənzimlənməsi, tikinti layihələri üçün tikintiyə icazə alma müddətinin azaldılması, ekspertizası tələb olunmayan tikinti layihələri üçün aidiyyəti təşkilatlardan rəylərin alınması prosedurunun sadələşdirilməsi nəzərdə tutulur. Dəyişikliklərə əsasən, tikinti layihələrinin həyata keçirdiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır. Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq. Bundan əlavə, sifarişçilər tikintidən əvvəl müvafiq icra hakimiyyətinə müraciət edərək tikinti parametrləri barədə ilkin məlumatları əldə edə biləcəklər. Sifarişçilərin bu sorğuları 10 gün ərzində cavablandırılmalıdır. Məcəllədə yeni məlumatlandırma sisteminin də qurulması nəzərdə tutulub. Bu sistem vasitəsilə sifarişçilər elektron qaydada, rahat şəkildə tikintiyə dair tələb olunan məlumatları əldə edə biləcəklər. Bundan əlavə, ilkin məlumatlar əsasında layihə hazırlayan sifarişçi layihə sənədləri ilə müvafiq icra hakimiyyətin orqanına müraciət edir. Tikinti obyektləri ekspertizası tələb olunan və olunmayanlara bölünür. Hazırda hər iki kateqoriya obyekt üzrə tikintiyə icazə alma müddəti 3 ayadək uzanır. Dəyişikliklərə görə isə ekspertizası tələb olunan obyektlərə icazə 1 ay müddətində, tələb olunmayanlara isə 12 iş günü müddətində veriləcək. Rəyləri alınan təşkilatların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir və bu siyahıdan kənar təşkilatla razılaşdırma aparılmasına yol verilməyəcək.
Geri qayıt |