Əsas Səhifə > Əsas xəbərlər > “ELÇİN QULİYEVLƏ MƏNİ İQBAL AĞAZADƏ GÖRÜŞDÜRDÜ!”
“ELÇİN QULİYEVLƏ MƏNİ İQBAL AĞAZADƏ GÖRÜŞDÜRDÜ!”30-05-2017, 12:28 |
“Elçin və İqballa “atacağımız” növbəti addımları müzakirə edirdik ki, qəfil qonaq otağa daxil oldu…”“MTN-çilər – İlqar Əliyev və Elçin Quliyevlə işləməyi mənə İqbal Ağazadə təklif etdi. Məşhur restoranda ilk görüşümüzdə İqbal Elçin Quliyevi mənə iş adamı kimi təqdim etmişdi”. “AzPolitika.info”nun məlumatına görə, bu sensasiyalı iddia ilə milli-azadlıq hərəkatının tanınmış simalarından biri, 2 dəfə MTN tərəfindən həbsə atılmışRamiz Tağıyev çıxış edib. O, “azinforum.az” saytında dərc olunmuş geniş məqaləsində MTN-lə məqsədli əməkdaşlığından, 2 dəfə həbsə düşməsinin səbəblərindən bəhs edib. R.Tağıyev MTN-in məşhur cütlüyü olan Elçin Quliyev-İlqar Əliyev tandemi ilə tanışlığını bütün detalları ilə danışıb, Ümid Partiyasının sədri İqbal Ağazadənin bu şəxslərlə şəxsi yaxınlığına bəlkə də ilk şəxs olaraq canlı şahidlik edib. 2003-cü ilin iyununda Nabranda gerçəkləşən ilk həbsindən, bu həbsdən əvvəl İlqar Əliyevin ona iş adamı kimi yaxınlaşıb tanış olmasından, həbs zamanı və MTN-in təcridxanasında olarkən gördüyü işgəncələrdən ətraflı bəhs edən Ramiz Tağıyev daha sonra yazır: “MTN-nin ilk həbsindən də məhz iyun ayında azad oluna bildim. 2005-ci ilin iyun ayının 20-si mənim üçün sürpiriz bir gün oldu. Əlbəttə, sevinirdim – ailəm, doğmalarım, dostlarım artıq əlçatmaz deyildilər. Təəssüf ki, bu sevinc uzun çəkmədi. Məni növbəti dəfə quldurlarla, dələduzlarla şavaş gözləyirmiş. Bu dəfə rəqiblərim daha güclü, hədsiz qəddar, tülküdən də hiyləgər olacaqmış.
Bu dəfəki görüşümüzdə, indi Kürdəxanı İstintaq Təcridxanasının sakininə çevrilib, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev də iştirak edirdi (E.Quliyev o zaman polkovnik idi).
Həyatım boyu arxadan zərbəni namərdlik bildiyimdən, belə çirkin oyuna baş vura bilməzdim. Ümumiyyətlə, siyasəti oyunbazlığa çevirib vətənin taleyindən şəxsi istəkləri üçün bəhrələnənlərə daima nifrətim olub. Nə bilim, bəlkə də siyasi fəaliyyətimdə məni addım-addım izləyən uğursuzluqlar belə oyunlardan anlamamağım olub. Əli Kərimli ilə görüşüb İqbal və dostu ilə söhbətimi anlatdım. Belə razılığa gəldik ki, onlarla görüşləri davam etdirib, məqsədlərinin nə olduğunu sonunacan öyrənməliyəm. Etiraf edim ki, həmin hadisələri yenidən yaşaya bilsəydim, Əliyə inanıb belə ağır davaya girməzdim. Çünki nələrin baş verəcəyini, onsuz da əzablı keçən həyatımın bir daha nə kimi faciələrlə yaşanacağını öncədən təxmin edə bilirdim. Ən çətin məqamlarında köməyinə yetişdiyim Əli Kərimli çox keçmiyəcəkdi ki, məni meydanda tək qoyacaq, iqtidarlı-müxalifətli üstümə ley kimi şığıyan “ağır artilleriya” birləşmələrinin qarşısında özüm və bir neçə sadiq dostum tək və əliyalın qalacaqdıq…”
R.Tağıyev daha sonra yazır ki, “dostları” nüfuzlu şəxsləri şantaj edib, onlardan qazanc əldə etmək üçün istifadə etmək istəklərini gizlətmir, onun evsizliyini, işsizliyini nəzərə alıb, bu ehtiyaclarının da artıqlaması ilə qarşılanacağından ağız dolusu danışıblar. “İlqar Dərnəgüldə kirayə qaldığım yataqxanadakı bir otaqlı mənzilimə gəlib, şəraitimlə tanış olduqdan sonra, doluxsunaraq, tezliklə mənzillə təmin olunacağıma söz vermişdi… Aldanmadım, aldana bilməzdim. Çünki heç bir zaman dünya malına, pula, yaxşı şəraitə aldanmadığımdan, bu dəfə də aldanmayacaqdım…” Geri qayıt |