Əsas Səhifə > Əsas xəbərlər > AzTV-nin dörd tanınmış işçisi

AzTV-nin dörd tanınmış işçisi


14-06-2017, 11:30

AzTV-nin dörd tanınmış işçisi “Lider”ə keçdi

AzTV-nin məşhur verilişlərindən olan “Kinoklub”un yaradıcısı Etibar Babayev kanaldan ayrılıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, adıçəkilən kanalda həm də bədii rəhbər vəzifəsini tutmuş Babayev Lider TV-də eyni posta təyin olunub. Bundan başqa, AzTV-də fəaliyyət göstərən tanınmış rejissorlar İsfəndiyar Məcidoğlu və Elnur Məmmədov da Lider TV-yə keçiblər. Onların hər ikisinə bu kanalda məsul rejissor vəzifəsi həvalə olunub. Teleməkanda “Tarik” ləqəbi ilə tanınan operator Tanrıverdi Tanrıverdiyevin də bu şəxslərlə birgə Lider TV-yə işə düzəldiyi bildirilir.

AzerTaym.az

 


Geri qayıt