Əsas Səhifə > Əsas xəbərlər > BAKIı Slavyan Universitetində MƏZUN GÜNÜ
BAKIı Slavyan Universitetində MƏZUN GÜNÜ17-06-2017, 19:58 |
"AzerTaym.az" BSU-nun Mətbuat xidmətinə istinadən məlumat verir ki,İyunun 16-da Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. BSU əməkdaşlarının, valideynlərin, magistrant və tələbələrin iştirak etdiyi tədbir universitetin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin heykəlinin önünə əklil qoyulması ilə başlayıb. Sonra BSU-nun Akt zalında Azərbaycan Respublikasının himni səsləndirilib. BSU-nun rektoru, professor Nurlana Əliyeva qonaqları tədbir iştirakçılarına təqdim edərək onların arasında 1997-ci ildə universiteti bitirən məzunların da olduğunu bildirib. Magistrant və tələbələri məzun adı qazanmaları münasibətilə təbrik edən rektor onlara gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyi tövsiyə edib.
Geri qayıt |