Əsas Səhifə > Əsas xəbərlər > Hökumət Evində yerləşən dövlət
Hökumət Evində yerləşən dövlət20-06-2017, 16:29 |
Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək. “Report” xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları bir həftəlik tətilə buraxılacaqlar. İşçilərin tətili iyunun 21-dən 28-dək davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına sabahdan işə gəlməməklə bağlı tapşırıq verilib. Ayın 29-dan Hökumət Evində iş bərpa ediləcək. AzerTaym.az
Geri qayıt |