Əsas Səhifə > Əsas xəbərlər > Zakir HƏSƏNOV:
Zakir HƏSƏNOV:24-06-2017, 13:17 |
Müdafiə naziri Zakir Həsənov 26 iyun - Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar! İnsanlara mənəvi paklıq, təmizlik, mərhəmət, halallıq kimi ən yüksək əxlaqi hisslər aşılayan Ramazan bayramının yüksək səviyyədə qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərə verdiyi böyük dəyərin bariz nümunəsidir. Silahlı Qüvvələrimiz 99-cu ildönümünü böyük ruh yüksəkliyi ilə, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Ordumuz əvvəllər olduğu kimi 2016-cı ilin aprel ayında da düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını azad etməyə qadir olduğunu, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi. Geri qayıt |