Əsas Səhifə > Əsas xəbərlər > Xətai rayonunda qanunsuz kəsilən ağaclara
Xətai rayonunda qanunsuz kəsilən ağaclara30-06-2017, 15:41 |
Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a bildirilib ki, araşdırma zamanı yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı, iki ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaşköküstə 69 ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyənləşdirilib. Bununla bağlı akt tərtib olunub, kəsilən ağaclara görə torpaq istifadəçisinə 2700 manat cərimə tətbiq edilib. Ərazidə mövcud ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub. Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Geri qayıt |