Əsas Səhifə > Əsas xəbərlər > Gömrükdə qanunsuz

Gömrükdə qanunsuz


30-06-2017, 17:32

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ 21043 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa tavan hissəsindən, günlüyündən və salonundakı geyim əşyalarının arasından gömrük nəzarətindən gizlədilən 4 ədəd "Samsung" markasına aid SM-A320F/DS model, 29 ədəd "BQ" markasına aid STEP model mobil telefonlar, yük yerindən isə 36 ədəd üzərində BQ, 6 ədəd üzərində Samsung Galaxy A3 2017 və 1 ədəd üzərində Samsung Galaxy Grand Prime yazıları olan boş mobil telefon qutuları, 7 ədəd "Samsung" markalı adapter başlığı, 7 ədəd "Samsung" markalı USB kabel, 7 ədəd "Samsung" markalı qulaqcıqlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzerTaym.az


Geri qayıt