Əsas Səhifə > Əsas xəbərlər > “Əgər belə bir səlahiyyətimiz olsaydı…”

“Əgər belə bir səlahiyyətimiz olsaydı…”


3-07-2017, 09:10

mtrs

“Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir”.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir: “Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır”.

Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz: “Bu, kanalın yaradıcılıq işdir. Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efirimizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı”.

 


Geri qayıt