Əsas Səhifə > Əsas xəbərlər > Rusiya moldovanı
Rusiya moldovanı30-07-2017, 12:32 |
“Əgər Rusiya vətəndaşının başından bir tük əksik olsa…” Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əksik olsa cavab olduqca sərt olacaq. Virtualaz.org xəbər verir ki, bu təhdilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin “Rossia 24” telekanalına müsahibəsində çıxış edib. Ötən gün Rumıniya Roqozinin da göyərtəsində olduğu sərnişin təyyarəsinin ölkənin hava məkanından Moldovaya daxil olmasına icazə verməyib. Dnestryanı bölgəyə Rusiya “sülhməramlı qüvvələrinin” yeridilməsinin 25 illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq və rusiyameylli prezident İqor Dodonla görüşmək üçün Moldovaya yollanan Roqozin Moskvaya geri qayıtmalı olub. Daha sonra isə Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşməyə hazırlaşır. Roqozin müsahibədə Moldovanın qərbyönümlü hökumətini “cinayətkar” adlandırıb, bu hökumətin Qərblə eyni düşərgədə yer almaq üçün Rusiya ilə münasibətləri korlamağa çalışdığını deyib. Moldova prezidenti İqor Dodon hökumətdən fərqli olaraq Dnestryanı münaqişəsinin hərbi yolla həllini istisna edir. Dodon bildirib ki, qəti şəkildə bu ssenariyə qarşıdır.
Geri qayıt |