Əsas Səhifə > Əsas xəbərlər > Bu sosiska sağlamlığımıza
Bu sosiska sağlamlığımıza31-07-2017, 16:40 |
İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı "Hicaz 313" MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. Qurumun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "Hicaz 313" MMC-yə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirilib, məhsulların müayinəsi üçün nümunələr götürülüb. Geri qayıt |