Əsas Səhifə > Əsas xəbərlər > ŞOK! Millimizin sabiq baş məşqçisi
ŞOK! Millimizin sabiq baş məşqçisi2-08-2017, 10:00 |
Cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan millisin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub. Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı seksual təcavüzdə ittiham olunur. Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız Rio Olimpiadasında iki gümüş medal qazanmışdı. 2016-cı ilin dekabrında axtarışa verilən pedofil məşqçi dünən günorta saatlarında Kiyevdəki evində həbs olunub. Yeri gəlmişkən, Zayzenbaxer ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul – 1988) qızıl qazanan ilk cüdoçudur. Geri qayıt |