Əsas Səhifə > Əsas xəbərlər > "Gelandewagen” sahibinin
"Gelandewagen” sahibinin5-08-2017, 11:47 |
Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəzanı törədən 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğunu xəbər vermişdik. Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu, “Qaçqınkom” sədrinin nəvələrinin adı hallandığı ilk hadisə deyil. Belə ki, 2012-ci ilin iyununda da Nail Allahverdiyevə məxsus 90-LV-090 dövlət nömrə nişanlı maşın qəza törədib. Həmin vaxt Həsənovun nəvəsinə məxsus yüksək sürətlə hərəkət edən “BMW x6” markalı maşın işıqforun qırmızı işığında dayanan 4 maşına çırpılıb. Qəza zamanı “Mercedes”, “Vaz 2106”, “Ford” və “Mercedes” mikroavtobus markalı maşınlara ciddi ziyan dəyib. Geri qayıt |