Əsas Səhifə > Əsas xəbərlər > HAVAda TOZun miqdarı sanitar normanı
HAVAda TOZun miqdarı sanitar normanı10-08-2017, 17:00 |
Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır. Geri qayıt |