Əsas Səhifə > Əsas xəbərlər > “Naillə qohum olmuş Elçin Quliyevi prezident niyə vəzifəsindən çıxarmalıdır…”
“Naillə qohum olmuş Elçin Quliyevi prezident niyə vəzifəsindən çıxarmalıdır…”13-08-2017, 14:41 |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik. – Qüdrət bəy, son zamanlar prezidentin ünvanına belə tənqidlər səsləndirilməyə başlayıblar ki, prezident niyə başqa məmurları övladlarının qanunsuz hərəkətlərinə görə vəzifəsindən azad etsə də Nail Allahverdiyevə münasibətdə bunu etmədi. Bu fikirdə olanlar nə dərəcədə haqlıdırlar? – Əvvəla ölənlərin yaxınlarına dədərin hüznlə baş sağlığı verirəm, Allahdan səbr diləyirəm. Yaralıların Allah şəfasın versin. Bu məsələdə ən sərt fikir bildirənlərdən biri Əli Kərimlidir, ondan soruşsunlar onun özünün və övladlarının tərbiyəsində babalarının rolu nədən ibarət olub. Londondakı övladlarının hərəkətinə görə babaları məsul tutulsa bu nə dərəcədə ədalətli olar. Nailin hərəkətlərinə görə valideyinləri kənara qoyuldu, düşdülər qohumlarının üstünə. Burada bir kampaniyaçılıq açıq-aşkar görünür. Sərf etmədiyindən heç kim araşdırmadı ki, Nailin atası kimdir və o oğluna qeyd olunan avtomobili, yaxud avtomobilləri öz imkanları hesabına ala bilərdimi? Bu kampaniyanı təşkil edənlərin var-dövləti nə təmizliyinə nə də həcminə görə ittiham etdiklərininkindən təmiz və az deyil. Prezident də bunları bilməmiş deyil və prinsipial mövqe ortaya qoyub ki, artıq hadisəni törətmiş səxs həbs olunub.Naillə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?!Yeri gəlmişkən bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Böyük bir qismi mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən. Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çalşır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox problemin üstünə getmək lazımdır. Geri qayıt |