Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycan Kooperasiya

Azərbaycan Kooperasiya


17-08-2017, 16:05

Azərbaycan Kooperasiya Universiteti ölkənin ali təhsil müəssisələrindən bu universitetə köçürülən tələbələrə təhsil aldıqları ixtisas üzrə illik təhsil haqqına 20% güzəşt tətbiq edəcək.

 Bu barədə Kooperasiya Universitetindən verilən məlumatda deyilib. Bildirib ki, eyni zamanda köçürülən tələbələr üçün illik təhsil haqqının il ərzində mərhələli şəkildə, yəni hissə-hissə ödənilməsinə zəmanət verilir.

 Qeyd edək ki, Kooperasiya Universitetində 19 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara da ölkənin digər ali təhsil müəssisələrindən 22 avqust 2017-ci il tarixinədək transfer.edu.az saytı vasitəsilə köçürülmə üçün elektron müraciət etmək olar.

AzerTaym.az


Geri qayıt