Əsas Səhifə > Əsas xəbərlər > 29 avqust Çingiz Mustafayevin
29 avqust Çingiz Mustafayevin29-08-2017, 09:59 |
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum telereportyor Çingiz Mustafayevin doğum günüdür, onun 57 yaşı tamam olur. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin yeniliyinə imza atıb. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayev Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıtdı. Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Geri qayıt |