Əsas Səhifə > Əsas xəbərlər > Mehman Əliyevin girov
Mehman Əliyevin girov6-09-2017, 09:16 |
Ölkə mediasında “Mehman 10 günlüyü” keçiriləcək Vəkil Fuad Ağayev “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Bunu F.Ağayev sosial şəbəkədəki statusunda bildirib. Vəkilin sözlərinə görə, qanunvericiliyə əsasən məhkəmə üç gün ərzində vəsatətə baxmalıdır. Ə.Zeynallı deyib ki, beynəlxalq ictimaiyyətin M.Əliyevin həbsinə diqqətini daha da artırmaq məqsədi ilə beynəlxalq qurumlarla işi gücləndirmək niyyətindədirlər. “Mehman Əliyevə Azadlıq Komitəsi” avqustun 28-də təsis edilib. Xatırladaq ki, Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb. Geri qayıt |