Əsas Səhifə > Əsas xəbərlər > Əl Cəzirə Media Şəbəkəsinin nümayəndəsi
Əl Cəzirə Media Şəbəkəsinin nümayəndəsi7-09-2017, 11:29 |
Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfər edən Əl-Cəzirə Media Şəbəkəsinin ictimai azadlıqlar və insan haqları idarəsinin direktoru Sami Əl Hac və BAMF-ın prezidenti Umud Mirzəyev bu gün Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb. BAMF-ın Mətbuat departamentindən musavat.com-a verilən məlumata görə, görüş zamanı Sami Əl Haj Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycanla bağlı reportajlara xüsusi önəm verdiyini ifadə edib. O, Əl Cəzirənin ölkə rəhbəri ilə müsahibəsinin ərəb ölkələrində, daha sonra Əl-Cəzirə ingilsdə nümayiş etdirildiyini və ciddi marağa səbəb olduğunu ifadə edib. Sami Əl Haj Azərbaycan mediasının və hökumətininin Qətər ətrafında yaranmış vəziyyətlə əlaqədar obyektiv mövqeyini də yüksək dəyərləndirib. Sami Əl Haj Azərbaycana səfəri çərçivəsində Qəbələ, Oğuz, Şəki rayonlarında olduğunu, Azərbaycanda turizm potensialının və sektorunun inkişafı üçün yaradılan şəraitdən məmnun qaldığını bidirib. Müharibədən zərəçəkən regionlara da səfər etdiyini bildirən qonaq, ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə Tərtərin Marağa kəndində ucaldılmış abidəni ziyarət etdiyini, müharibə nəticəsində dağılmış kəndlərlə, məhv edilmiş maddi-mənəvi dəyərlərlə yaxından tanış olduğunu bildirib. Geri qayıt |