Əsas Səhifə > Əsas xəbərlər > Lider TV bağlanır? -
Lider TV bağlanır? -22-09-2017, 11:06 |
Son günlər sosial mediada Lider TV-nin bağlanacağı barədə xəbərlər yayılıb. GoldNews.Az xəbər verir ki, kanalın müflis olduğu deyilir. Məlumata görə, Lider TV-də xəbərlər departamentindən başqa, digər canlı yayımlanan proqramlarda işləyən texniki heyət işdən azad edilib. İşçilərin böyük əksəriyyəti isə bir neçə aydır maaş ala bilmirlər. Kanalın gecə növbəsi ləğv edilib. Hər gün saat 00:00-dan 09:00-dək yayım dayandırılır. Televiziyaya məxsus 10-dan çox kameralı MAN canlı yayım maşınlarını AZTV-yə satmaq üçün danışıqlar gedir. Oktyarda televiziyanın satılacağı gözlənilir. GoldNews.az əməkdaşları məsələ ilə başlı Lider TV-nin İctimaiyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirildi ki, kanal yayılan bu xəbərlərə münasibət bildirmək istəmir. Geri qayıt |