Əsas Səhifə > Əsas xəbərlər > GENERAL-polkovnik Sidorov: Biz MÜHARİBƏYƏ
GENERAL-polkovnik Sidorov: Biz MÜHARİBƏYƏ8-10-2017, 15:46 |
Əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmiminlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq.Virtualaz.org “Azadlıq” radiosunun erməni redaksiyasına istinadən bildirir ki, bunu bir gün əvvəl jurnalistlərlə görüşdə KTMT-nın Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nın Şurası tərəfindən qəbul edilir. Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq… Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər”, -general Sidorov bildirib. Qeyd edək ki, oktyabrın 9-dan 13-dək Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə ” KTMT-nın Qarşılıqlı təsir” adlı birgə təlimlərləri keçiriləcək.
Geri qayıt |