Əsas Səhifə > Əsas xəbərlər > 215 vəzifəli şəxs barəsində cinayət işi açıqladı -

215 vəzifəli şəxs barəsində cinayət işi açıqladı -


9-10-2017, 12:20

"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

Bunu Baş prokurorun müavini, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur.
"Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda, mənzil - tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur", - deyə K. Əliyev qeyd edib.

 


Geri qayıt