Əsas Səhifə > Əsas xəbərlər > Yol altındakı kommunikasiya xəttində

Yol altındakı kommunikasiya xəttində


9-10-2017, 17:37

"Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır. Rəsmi olaraq bildirmək istəyirik ki, yenidənqurma zamanı, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur”.

Bu sözləri "Azəravtoyol” ASC-nin məktubat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə yazıb. O bildirib ki, əgər işlərin aparıldığı yollarda dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır:
"Yox, əgər sözügedən qurumlar orda hər hansı bir işin aparılmasının zərurəti olmadığı barədə məlumat verərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır. İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür”.

Geri qayıt