Əsas Səhifə > Əsas xəbərlər > DEPUTATIN QARDAŞI oğluna MƏXSUS
DEPUTATIN QARDAŞI oğluna MƏXSUS10-10-2017, 18:31 |
Deputatın qardaşı oğlunun adına təsis edilən şirkətin direktoru həbs edilib. O, şirkətdən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilir.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəməkdə təqsirləndirilən Şamil Bədəlovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib. Qeyd edək ki, “Azital İnşaat” MMC Ramin Vəliyevin adına təsis olunub. Ramin Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilmiş Ağalar Vəliyevin qardaşı oğludur. Deputat Ağalar Vəliyev həmçinin “Azəraqrartikinti” ASC-nin rəhbəridir. Geri qayıt |