Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK -
Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK -17-10-2017, 17:02 |
Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək.
Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir. Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.
Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur. Geri qayıt |