Əsas Səhifə > Əsas xəbərlər > Daha üç dövlət qurumunun xidməti

Daha üç dövlət qurumunun xidməti


21-10-2017, 10:08

1508326143

Azərbaycanın bir sıra dövlət qurumlarında xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarına edilən dəyişiklikdə deyilir.

Sənəddə Milli Arxiv İdarəsi, “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri nəzərdə tutulur və onların ixtiyarında 7 ədəd xidməti avtomobil var.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin də avtomobillərinin sayında ixtisarlar edilib.

Belə ki, nazirliyin xidməti avtomobillərinin sayı 71-dən 22-yə endirilib.

Bu barədə oktyabrın 11-də Nazirlər Kiabineti qəbul edib.

Qərarda səbəb açıqlanmır.

Yalnız o bildirilir ki, təklif nazirlikdən gəlib və Maliyyə Nazirliyi ilə razılaşdırılıb.

 


Geri qayıt