Əsas Səhifə > Əsas xəbərlər > Zəlzələ TƏRTƏRdə 3 evi uçurdu, Ağdamda isə 130-dan

Zəlzələ TƏRTƏRdə 3 evi uçurdu, Ağdamda isə 130-dan


16-11-2017, 09:31

Azərbaycanda qeydə alınan zəlzələ zamanı dəymiş ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanovun Modern.az-a verdiyi məlumata görə, verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub:

 “Rayonun İsmayılbəyli və Evoğlu kəndlərində 3 ev və bir mal tövləsi dağılıb, 6 evə ziyan dəyib. Hələlik araşdırmalar davam edir. Böyük ehtimalla ziyan dəyən evlərin sayında artım olacaq”.

 Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Modern.az-a bildirib ki, zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəyib:

 “İlkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib".

 Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib.

 Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

 Məlumata görə, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.

 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

 Digər təkan isə saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.


Geri qayıt