Əsas Səhifə > Əsas xəbərlər > “KİV haqqında”
“KİV haqqında”27-11-2017, 13:12 |
“Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir. Modern.az-ın məlumatına görə, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə “Kütləvi informasiya vasitələri haqqında” qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Televiziya və radio yayımı haqqında”, "Məlumat azadlığı haqqında", “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir. Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Geri qayıt |