Əsas Səhifə > Əsas xəbərlər > Hacı Məmmədovun bacısı:
Hacı Məmmədovun bacısı:11-12-2017, 14:18 |
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib. AzerTaym.az xəbər verir ki, modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi üçün mərhumun bacısı Arifə Məmmədova ilə əlaqə saxlayıb. A.Məmmədova qardaşının qəbirinin heç kimə lazım olmadığını deyib. O, üzünü Hacı Məmmədovun məzarını axtarmaqla məşğul olan, bu haqda sosial şəbəkələrdə rəy yazan, məsələni lağlağı obyektinə çevirən jurnalistlərə tutaraq, onları qınayıb: "Neyləyirsiz axı Hacının qəbirinin yerini? Tapıb nə edəcəksiniz?" Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. Geri qayıt |