Əsas Səhifə > Əsas xəbərlər > İlham Əliyev 4 nəfərə XÜSUSİ RÜTBƏ verdi

İlham Əliyev 4 nəfərə XÜSUSİ RÜTBƏ verdi


12-12-2017, 15:12

Azərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Report xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.


Geri qayıt