Əsas Səhifə > Əsas xəbərlər > “2018-də İNTERNET MEDİASINA diqqət artacaq, “REKET MƏTBUAT”la mübarizə
“2018-də İNTERNET MEDİASINA diqqət artacaq, “REKET MƏTBUAT”la mübarizə27-12-2017, 16:27 |
“Azərbaycan mediası daha bir ili geridə qoymağa hazırlaşır. Mətbuatımız ildən-ilə daha da peşəkarlaşır və artıq 5-10 il əvvəlki media deyil. Bu gün mətbuatımız dövlətçilik prinsiplərinə söykənir. Hesab edirəm ki, bu ənənə 2018-ci ildə də davam edəcək”. Bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib. “Bu il Milli Məclisdə mətbuatla əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklər edildi. 2018-ci ildə də bu istiqamətdə işlər aparılacaq”. Ə. Amaşov ümid edir ki, 2018-ci ildə ictimai fikrin formalaşmasında əsas rol oynayan internet mediası diqqətdən kənarda qalmayacaq. Mətbuat Şurasının sədri 2018-ci ildə reket yönümlü “KİV”lərə qarşı daha da sərt addımların atılacağını deyib. “Artıq bu proses başlayıb. Həmin “media vasitələri” cəmiyyəti məlumatlandırmaq işini yox, ayrı-ayrı qurupların, şəxslərin maraqlarına xidmət edir. Mətbuat Şurası olaraq digər qurumlarla birlikdə həmin halların qarşısının alınması üçün mübarizəni daha da gücləndirəcəyik. Bu mübarizə nəticəsində onların fəaliyyəti müəyyən mənada məhdudlaşdırılacaq. Onlar öz istəklər Geri qayıt |