Əsas Səhifə > Əsas xəbərlər > Kapital Bank “BREYN Rinq”in qalib

Kapital Bank “BREYN Rinq”in qalib


17-01-2018, 11:31

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırıb.

Kapital Bank “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2017-ci ilin dekabr ayında yekunlaşan mövsümdə “Bilik Kuboku”nun sahibi “Sumqayıt” komandası olub.

Bankın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik Kapital Bank 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

AzerTaym.az


Geri qayıt