Əsas Səhifə > Əsas xəbərlər > Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə
Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə19-01-2018, 12:49 |
Müvafiq dövlət orqanlarının “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma Plan/Baş plan layihəsi”nə dair verilmiş təkliflər üzrə işlər yekunlaşmaq üzrədir”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayamov bildirib. A.Bayramov qeyd edib ki, “Bakı şəhərinin ərazidən istifadə və zonalaşdırma Planı/Baş plan layihəsi”nin ictimai müzakirəsi zamanı aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri nəzərə alınaraq layihədə müvafiq düzəlişlər aparılıb”. Yeni Baş Plan - “Böyük Bakının Regional İnkişaf Planı” 2035-cu ilədək dövrü əhatə etməlidir. Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin ərazidən istifadə zonalaşdırma Planı/Baş Plan layihəsi”nin müzakirəsi keçirilib. O zaman Bakı Şəhər İcra Hakimiyyəti müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərinin öz əksini düzgün tapmadığını bəyan etmişdi. Mer Hacıbala Abutalıbov isə Baş Planla bağlı iradlar səsləndirmiş, ona bəzi dəyişikliklər təklif etmişdi.
Geri qayıt |