Əsas Səhifə > Əsas xəbərlər > AZADLIQ meydanının İLK ŞƏHİDİ - Dubinka ilə DÖYÜLÜB
AZADLIQ meydanının İLK ŞƏHİDİ - Dubinka ilə DÖYÜLÜB20-01-2018, 20:03 |
80-ci illərin sonlarında sovet imperiyasına qarşı baş qaldıran milli-azadlıq hərəkatı getdikcə güclənməkdə idi. Xüsusilə, hərəkatın önündə gənclər xüsusi fəallığı ilə seçilirdi. Belə gənclərdən biri də imperiya əsgəri tərəfindən vəhşicəsinə döyülüb öldürülən Mikayıl Babayev olub. Bu barədə araşdırma aparan Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, araşdımaçı Şərafət Şəfa Modern.az-a məlumat verib. “Mikayıl Babayev ilk qarışıqlıqlarda imperiya tərəfindən ictimai fəallığa görə ən çox təzyiqə məruz qalan gənclərdən biri olub. Mikayıl Babayev 4 mart 1962-ci ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub. Və ilk şəhid kimi ulu öndər Heydər Əliyev onun vətən fədailiyini qiymətləndirərək, böyük şairimiz Xəlil Rzayla birgə ailəsilə görüşüb, adına kənd qəbristanlığında türbə tikdirib.
Geri qayıt |