Əsas Səhifə > Əsas xəbərlər > NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB
NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLİB21-01-2018, 11:33 |
Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib. Vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Qeyd edək ki, Mətin Eynullayev hələ dekabrın 26-dan Vergilər Nazirliyində işə başlamışdı. Bu haqda məlumatı ilk dəfə “AzPolitika.info” vermişdi. Geri qayıt |