Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanda məktəblilərin
Azərbaycanda məktəblilərin7-02-2018, 11:34 |
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında robototexnika olimpiadası keçiriləcək. Olimpiadanın təşkilat komitəsindən verilən məlumata görə, yarışmada məktəblilərdən ibarət 40-a yaxın komanda iştirak edəcək. Robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir. Olimpiadanın fevralın 24-də keçirilməsi nəzərdə tutulur. Sabahdan etibarən isə universitetin mütəxəssislərinin iştirakı ilə olimpiadaya qatılacaq məktəblilər üçün 10 günlük təlimlər start götürür. AzerTaym.az Geri qayıt |