Əsas Səhifə > Əsas xəbərlər > Nazirlik TƏQVİMDƏ dəyişiklik etdi -
Nazirlik TƏQVİMDƏ dəyişiklik etdi -8-02-2018, 09:13 |
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə dəyişikliklər edib. “AzerTaym.az” xəbər verir ki, prezidentin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib. Bu barədə Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin “2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “168” rəqəmi “159” rəqəmi ilə, “175” rəqəmi “184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “469” rəqəmi “460” rəqəmi ilə, “502” rəqəmi isə “511” rəqəmi ilə əvəz edilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki “İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.
Geri qayıt |