Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycanın MÜDAFİƏ

Azərbaycanın MÜDAFİƏ


22-02-2018, 13:39

Fevralın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.

Nazirlikdən verilən məlumata görə, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

AzerTaym.az


Geri qayıt