Əsas Səhifə > Əsas xəbərlər > VAHİD Mustafayev Mirşahinin
VAHİD Mustafayev Mirşahinin5-03-2018, 18:09 |
Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi yeni televiziya kanalı - “Real” TV yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Modern.az-a adı çəkilən telekanalın işçiləri bildiriblər. MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Real” TV) ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. "Real" TV-nin baş direktoru Mirşahin Ağayev yeni telekanala vaxtilə bir yerdə çalşıdığı telejurnalistləri – keçmiş ANS-çiləri toplayıb. Maraqlıdır, Mirşahinin uzun illərdir birgə yol gəldiyi Vahid və Seyfulla Mustafayevlər də "Real" TV-də olacaqmı? “Real" TV-də isə bu layihənin Mirşahin Ağayev tərəfindən gerçəkləşdirildiyi, Vahid Mustafayevin yeni komandada yer almayacağı bildirilib. Geri qayıt |