Əsas Səhifə > Əsas xəbərlər > Harvard Qərbi KASPİ Universitetinin

Harvard Qərbi KASPİ Universitetinin


14-03-2018, 13:26

ABŞ-ın Harvard Universiteti Qərbi Kaspi Universitetinin (Western Caspian University) professoru Vəsilə Hacıyevanın siyasi elmlər və fəlsəfə üzrə dünya konqreslərindəki çıxışlarını özünün akademik arxivinə daxil edərək yayımlayıb. 

https://dash.harvard.edu/handle/1/34391775https://dash.harvard.edu/handle/1/32211559

BakuPost xəbər verir ki, bu arxiv Harvard kitabxanasının müasir elektron elmi bazasıdır və Harvardın professor və tədqiqatçılarının mötəbər beynəlxalq akademik rəyçilər tərəfindən təsdiqlənmiş elmi işlərini toplayır.
Eyni zamanda universitet bu materialları əlçatan etmək üçün paylaşır, Harvard icmasının, xüsusilə də professor və tədqiqatçılarının e-mail ünvanlarına göndərir. Bu, imkan verir ki, tədqiqatçılar  öz sillabuslarında və tədqiqat işlərində həmin mənbələrdən istifadə etsinlər.

Xatırladaq ki, V.Hacıyeva ötən il Harvard Universitetində "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” mövzusunda tədqiqatlar aparıb.


Geri qayıt