Əsas Səhifə > Əsas xəbərlər > Pavel Felgenhauer: "AZƏRBAYCAN

Pavel Felgenhauer: "AZƏRBAYCAN


20-03-2018, 20:27

Image result for AZƏRBAYCAN ESGERİ

"Rusiya Cənubi Hərbi Dairəsinin Ermənistan və Cənubi Osetiyada keçirdiyi hərbi təlimlər Azərbaycanın hərbi təlimi ilə bağlı ola bilər".
 
Axar.az xəbər verir ki, bunu "Kavkaz uzel" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
 
"Təlim plana uyğun olaraq aparılır, amma biz Qarabağda hərbi konflikti də istisna edə bilmərik. Heç kim konfliktə diqqət etmir. Azərbaycanın hərbi təlimi hərbi fəaliyyətlərə birbaşa hazırlıq xarakteri daşıyır" - deyə o bildirib.
 
Felgenhauer həmçinin Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatla başlaya biləcəyini də söyləyib. O, dünya ictimaiyyətinin böyük müharibəyə səbəb ola biləcək konflikti görməzdən gəldiyini bildirib:
 
"Qarabağdakı konflikti unutmaq tendensiyası mövcuddur. Belə ki, böyük güclər burada birbaşa iştirak etmirlər".
 
Ekspert həmçinin Azərbaycanın mütəmadi olaraq təkcə Rusiyadan yox, həm də İsrail və Türkiyədən də silah aldığını bildirib:
 
"Azərbaycanın aldığı İsrail silahları arasında səyyar atəş sistemləri, zərbə endirən pilotsuz uçan aparatlar, "Spayk” tank əleyhinə raket sistemləri var. Bu, müasir, effektiv tank əleyhinə sistemlərin üçüncü nəslinə aiddir və Amerikanın "Javelin” sistemlərinin bənzəridir. Belə bir silah təkcə Ermənistanda deyil, həm də Rusiyada da yoxdur. Azərbaycan silahlanmasına böyük pullar xərcləyir".
 
Qeyd edək ki, martın 12-də Azərbaycan ordusu genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə 25 min hərbçi iştirak edib. Təlimə raket-artilleriya qüvvələri və aviasiya da cəlb edilib. Bəzi hərbi ekspertlər təlimdə yeni silahların sınaqdan keçirildiyini bildiriblər.

Geri qayıt