Əsas Səhifə > Əsas xəbərlər > ABŞ-da 5,9, AZƏRBAYCANDA 18 MİLYON DOLLAR…
ABŞ-da 5,9, AZƏRBAYCANDA 18 MİLYON DOLLAR…23-03-2018, 19:26 |
Uzun illərdir ki, Azərbaycanın avtomobil yolları ölkənin ən böyük problemlərindən biridir və məşhur “Rusiyada iki bəla var – axmaqlar və yollar” atalar sözünü əminliklə ölkəmizə də aid etmək olar. Yeni yolların tikintisi və köhnə yolların təmiri üçün vəsait tez-tez və səxavətlə ayrılsa da, onların vəziyyəti qənaətbəxş deyil. Təkcə bu ilin ilk aylarında prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən Rusiya ilə sərhədə qədər yeni bir avtomobil yolunun tikintisi üçün 150 milyon, Giləzi – Xızı – Fındığan və Ağdamda avtomobil yollarının tikintisinə 2 milyon, Salyan rayonunda bir neçə kəndi birləşdirən yola 700 min, eləcə də Çarxı – Məmmədxanlı avtoyolunun tikintisinə 10,1 milyon manat ayrılıb. Praktik olaraq, yol təmirinə də bu qədər vəsait ayrılır. Ötən il yol infrastrukturunun inkişafına və saxlanmasına qoyulan investisiyalar 1 milyard 335,6 milyon manat təşkil edib. Bu, 2016-cı ildəkindən 18,4% çoxdur. Analoji vəsaitlər ölkədə iri beynəlxalq tədbirlərə və hərbi xərclərə sərf edilir. Mütəxəssislərin fikrincə, ölkədə bir kilometr yeni yolun tikintisi dövlət büdcəsinə təxminən $18 milyona başa gəlir. Müqayisə üçün, reytinqdə 13-cü yeri tutan ABŞ-da yolun bir km-nin çəkilməsinə $ 5,9 mln xərclənir. Bu cür xərclər olanda nəticə də müvafiq olmalıdır. Dünya İqtisadi Forumunun tərtib etdiyi 2016-2017-ci illərdə yolların keyfiyyəti üzrə ölkələrin reytinqində Azərbaycan dünyanın 136 ölkəsi arasında 44-cü yeri tutur. Bu, qonşularla müqayisədə kifayət qədər yüksək göstəricidir. Amma yol infrastrukturunun xərclərinin məbləği nəzərə alınanda reytinqdə yer daha yüksək ola bilərdi. Amma Bakının kəndlərarası yollarında olan, sonradan dərin quyuya çevrilən çala-çuxur və çökəklər reytinqdə mümkün səhvlərdən xəbər verir. Qar və yağışdan sonra asfalt örtüyünün çevrildiyi şeyə yol demək çətindir. Yeni yollar tez-tez batır və bir çoxları bunu asfalt betonun keyfiyyəti, daha dəqiq desək, keyfiyyətinin olmaması ilə bağlayırlar. Yerli ekspertlərin fikrincə, betona kifayət qədər sement əlavə edilmir, asfalt da korrupsiya qurbanı kimi tanınır. Beləliklə, asfalt-beton pullar kimlərinsə cibində böyük axın edir, yollar isə sahibsiz qalır. Yolları dünyanın ən yaxşısından biri olan Hollandiya yol tikintisi zamanı bahalı asfalt betondan imtina edib, onu təkrar emal edilmiş materialla, əsasən plastiklə əvəz etməyə başlayıblar. Bu, xərcləri, tikintiyə sərf olunan vaxtı azaldıb və yolların ömrünü uzadıb. Ancaq Azərbaycanda buna çox var, sənədlərdə yolların istismar müddəti 20-30 il göstərilsə də, onların ömrü çox qısa müddətlidir. Reytinqdə Azərbaycan yollarının yerləri onların xərclərinə uyğun gəlirmi?
Ekspert vurğulayıb ki, Bakından kənardakı yolların vəziyyəti dəhşətlidir: “Qeyri-rəsmi məlumatlara görə, Xırdalan şəhərində 200 mindən çox insan yaşayır, lakin orada normal küçələr yoxdur. Hamısında çatlar, çüxurlar var, zolaqlar yoxdur. Bakı qəsəbələrindəki yollar da təxminən eyni vəziyyətdədir. Bir və ya ikisi istisna olmaqla, qəsəbələrdəki yollar çökəklər və çüxurlarla doludur, qazılıb, normal səkilər yoxdur. Respublika əhəmiyyətli yollara gəlincə, onların əksəriyyəti son illər yaxşılaşıb, amma Bakı-Quba-Rusiya sərhədi və əks istiqamətdə ciddi nöqsanlar var. Eyni sözləri Ələt-Astara yolu haqqında da demək olar. Lakin obyektivlik üçün deyək ki, “Azəravtoyol” Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinə çevriləndən və rəhbərlik dəyişiləndən sonra yollarda yaxşılaşma var və onlar tədricən qaydaya salınır. Bundan başqa, yolların təmiri ilə yalnız Dövlət Agentliyi yox, yerli icra hakimiyyəti orqanları da məşğul olmalıdır. Lakin əksər hallarda onlar bundan boyun qaçırır”.
Geri qayıt |