Əsas Səhifə > Əsas xəbərlər > QƏRBİ KASPİ Universiteti
QƏRBİ KASPİ Universiteti26-03-2018, 11:58 |
Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) tələbələrini işlə təmin edir. Ardıcıl olaraq məzunlarını müxtəlif vakansiyalara yönəldən universitet özü də tələbələrini işə götürməklə onların məşğulluq problemini həll edir. Bu gün universitetin onlarla məzun və tələbəsi bu təhsil ocağının laboratoriyalarında, mərkəzlərində, kürsülərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir. Qeyd edək ki, Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir. Qeyd edək ki, Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və Universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. AzerTaym.az Geri qayıt |