Əsas Səhifə > Əsas xəbərlər > Nazirlik QADAGAN olunmuş ərazilərdə SİQARƏT çəkilməsi
Nazirlik QADAGAN olunmuş ərazilərdə SİQARƏT çəkilməsi28-03-2018, 22:04 |
Ötən ildən ictimai yerlərdə siqaret çəkilməsi qanunla qadağan olunsa da, yenidən kafe-restoranlarda siqaret çəkilməyə başlanıb. Bir müddət qanunun tələbinə əməl olunmasına baxmayaraq, son 2 aydır əksər ticarət obyektlərində, kafelərdə siqaret çəkilməsi bərpa olunub. Sonxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bəzi çayxana, kafe, "pub"larda siqaret yasağına əməl olunmur. Halbuki həmin obyektlərin sahibləri siqaret çəkilməsini qadağan etmişdilər. İctimai yerdə siqaret çəkilməsi ilə bağlı cərimələr tətbiq olunması nəzərdə tutulsa da, bu mexanizmi hansı qurumun həyata keçirəcəyi hələlik müəyyənləşməyib. Ona görə də ticarətçilər müştəriləri itirməmək üçün siqaret çəkilməsinə icazə verirlər. Hərçənd, siqaretə 30 manat cərimə nəzərdə tutulur. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açıqlamasında deyib ki, bir neçə il öncə sağlamlıq müəssisələri yxınlığında siqaret satışı qadağan edilsə də bu gün həmin ərazilərdə satış bu gün də həyata keçirilir. Ölkədə qəbul edilən əhəmiyyətli qanunlar ictimai dəstək tapa bilmir. Buna səbəb isə bu işə nəzarət edən dövlət qurumları kütləvi informasiya vasitələri ilə ictimaiyyətlə işləyə bilmir. İstənilən yaxşı fikir ictimai dəstək tapmasa o nəticə verməz. Bu sahədə əhalinin ictimai dəstəyinə aid ciddi maarifləndirmə işi aprılmalıdır. Demək olar ki, ictimai kafelər və restoranlar 70 %-i qadağa nişanlarını qoruyublar. Bu yaxşı hal olsa da ictimai məkanlarda siqaret çəkilməsi hələ də davam edir. Çünki, cərimə mexanizminə nəzarət edən aidiyatı qurumlar aktiv fəaliyyət göstərmirlər. Birliyə ictimai ərazilərdə siqaret çəkənlərə müdaxilə edilməməsi və qadağa nişanlarının olmamamsı ilə bağlı müraciət daxil olur. Həftədə iki telefon zəngi daxil olur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki İlham Babayev Sonxeber.az-a açıqlamasında bildirib ki, ictimai ərazilərdə siqaret çəkilməsinin qarşısını almaq üçün Nazirlik tərəfindən mütəmadi olaraq reydlər keçirilir, ərazi polis orqanları tərəfindən təhlükəsizlik tədbirləri istiqamətində nəzarət olunur. Həm də istirahət edən, dincələn insanların hüquqlarının qorunması təmin olunur. DİN rəsmisi bildirib ki, iaşə obyektlərinin rəhbərləri də siqaret qadağasına əməl olunub –olunmamasına nəzarət etməlidirlər. Vətəndaşlar özləri də fəal mövqe sərgiləməlidirlər, bu cür hallarla rastlaşarlarsa dərhal 102 zəng mərkəzinə, ərazi polis orqanlarının təmsilçilərinə zəng edə bilərlər.Həmçinin, iaşə obyektinin rəhbərliyinə mütləq məlumat verilməlidir.: AzerTaym.az
Geri qayıt |